
İLYAS AXUND-ZADƏ
Uzman plastik cərrah
Özünü yenilə!
İLYAS AXUND-ZADƏ plastik cərrahiyyə üzrə Avropa sertifikatı almış ilk azərbaycanlı uzman cərrahdır. Qabiliyyətli mütəxəssis cərrahiyyədə ayrıntılara diqqət, gözəl və peşəkar nəticələri ilə bilinir. Öz təcrübəli komandası ilə plastik cərrahiyyədə bütün ehtiyaclarınızı yerinə yetirməyə hazırdır.



Burun estetik əməliyyatı
Rinoplastika dünyada aparılan ən yayılmış estetik əməliyyatlardan biridir. Burun çizgilərinin dəyişməsi üzə daha təravətli, cəzb edici və gözəl ifadə qazandıra bilər. Eyni zamanda nəfəsi rahatlatmaq üçün burun çəpəri əyriliyinin düzəldilməsi də aparılır. Rinoplasitka ilə əlaqəli tez-tez yaranan suallarınızı cavablayıram.
Qulaq estetik əməliyyatı
Xarici qulaqlar insan simasını tamamlayan önəmli və gözə çarpan ünsurlarıdır. Eyni vaxtda xarici qulaq müxtəlif sırğa şəklində zinət əşyalarının taxıldığı yerdir. Eynək giyilməsi üçün də qulaqların normal formada olması lazımdır. Estetik korreksiya ən çox palaz qulaq (şəlpə qulaq) deformasiyası üçün aparılır. Palaz qulaq düzəldilməsi üçün ən çox 5-6 yaşlı oğlanların valideynləri müraciət edirlər, çünkü məktəbdə yaxud bağçada belə uşağlar həmyaşlıları tərəfinfən lağa qoyula bilər. Xəstələrin ikinci grupasını isə yeniyetmə qızlar təşkil edir ki, onlar qulaqlarından utandiqları üçün qısa saç saxlaya bilmirlər.
Göz qapaqları estetik əməliyyatı
Blefaroplastika- göz qapaqlarının formasını gözəlləştirmək üçün aparılan əməliyyatdır. Bu əməliyyatda göz qapaqlarının sallanması, şişkinliyi, gözün yaşlı və yorulmuş görünüşü ortadan qaldırılır, üzün üst-orta hissəsinə daha cavan və fərrah görünüş qazandırılır. Blefaroplastəka haqqında tez-tez verilən suallarınızı cavablayıram.



Qarın dartılması
Qarın sallanması doğuş, aşırı piylənmə, ani zəyifləmə kimi hallarda və bariatrik (arıqlama) əməliyyatlardan sonra görülür. Belə hallarda qarın ön dıvarının dartılması və şkiəlləndirilmsiə əməliəyyatları bədəninizə gənc və ahəngli görünüm qazandıracaq.
