Blefaroplastika
Göz qapaqları estetik əməliyyatı
Hansı yaşda aparılır?
Bleforoplastika təxminən 30-40 yaşdan etəbarən aparıla bilər. Yaşın üst sərxədi yoxdur, ümümi vəziyyəti icazə verən hər xəstə blefaropalstika ola bilər. Bəzi insanlarda isə yaşlanma əlamətləri daha erkən ortaya çıxır və hətta 20-li yaşlarda blefaroplastika tələb olunur.
Əməliyyat hansı narkozla aparılır?
Blefaroplastika əməliyyatı tək başına olacaqsa çox vaxt yerli keyləşdirmə kifayətdir.
Müddəti nə qədərdir?
Tam blefaroplastika (hər iki üst və alt qapaq) təxminən 2-3 saat davam edir. Hissəvi blefaroplastika isə (sadəcə üst yaxud alt qapaqlar) 1 saata yaxın vaxt aparır.
Əməliyyatdan əvvəl nələrə diqqət etməliyəm?
Qanamanı artdıran dərmanlar (məsələn aspirin, heparin, kumarin vs.), hər cür bitki çayları və biolojik əlavələr əməliyyatdan 2 həftə əvvəl kəsilməlidir. Sigaret çəkənlərdə yara sağalması problemli olduğu üçün sigaret əməliyyatdan 3 həftə əvvəl kəsilir və əməliyyatdan sonra heş olmasa 10 gün çəkilməməlidir. Qadınlarda əməliyyat menstrual qanama zamanında aparılmamalıdır.
Əməliyyatdan qabaq hansı müayinələrdən keçmək lazımdır?
Qanın ümümi analizi, laxtalanma və ümümı görmə müayinəsindən keçməlisiniz. Həkim təyin edərsə bəzən əlavə müayinələrdən keçmək də lazım ola bilər.
Üst göz qapaqlarda əməliyyat necə aparılır?
Əməliyyatdan əvvəl həkim flomaster ilə dəridə ellipsvari nişanlar çəkir. Keyləşdirmə aparıldıqdan sonra artıq dəri və əzələ təbəqəsi çıxardılır, piy kisəcikləri uzaqlaşdırılır.
Sonra üstdə görünməyəcək şəkildə çox nazik sapla dəri birləşdirilir.
Alt göz qapaqlarının əməliyyatı necə olur?
Kipriklərin altından kəsik aparıldıqdan sonra əzələ təbəqəsi açılır və piy kisəcikləri uzaqlaşdırılır. Əzələ və dəri təbəqəsi çox diqqətli şəkildə ölçülür və artıqları çıxardılır. Sonra incə sapla içərdən tikiş qoyulur.
Kəsiklər göz içindən aparıla bilərmi?
Dərisi elastikiyyətini qorumuş, bəzi gənc xəstələrdə alt göz qapaqlarda sadəcə piy yırtıqcıqları mövcuddur. Bu təqdirdə kəsik alt göz qapaqının daxili səthindən aparılır (transkonyunktival blefaroplastika) və dəridə heçbir iz qalmır.
Əməliyyatdan sonra nələr olur?
Əməliyyatdan sonraki dövrdə toxumalarda şişkinlik əmələ gəlir. Şişkinlik 5-ci günə qədər artır sonra azalaraq 14-cü günə keçir. Eyni zamanda göz ətrafında göyərmələr əmələ gəlir. Bunlar da 2-ci həftəya ortadan yox olur. Şişkinliklər və göyərmələri azaldmaq üçün əməliyyatdan sonra göz nahiyəsinə soyuq tədbiq edilir və xəstə gecələr 5 gün müddətində yüksək yastıqda, yarı-oturan vəziyyətdə yatır. Göz quruluğunu aradan qaldırmaq üçün həkimin təyin etdiyi göz damcı və məlhəmləri vaxtında tətbik edilməlidir.
Ağrı olur mu?
Əməliyyatdan sonra ağrı olmaması üçün xəstəyə soyuq kompresslər tətbik edilir və ağrı kəsici dərmanlar verilir. Əgər bunlara baxmayaraq gözdə şiddətli ağrılar hissedirsinizsə təcili sürətdə həkiminizə müraciət ediniz.
Tikişlər nə vaxt çıxardılır?
Tikişlər əməliyyatdan 5-6 gün sonra çıxardılır.
Nə vaxt üzümü yuya bilərəm?
Əməliyyatdan 2 gün sonra üzünüzü yuyab bilərsiniz. Tikiş xəttinə su deyə bilər. Üzünüzü yuduqdan sonra yumuşaq bir dəsmal ilə dərini sürtmədən qurulayınız.
Əməliyyatdan sonra nələrə diqqət etməliyəm?
İlk həftələrdə gözlərdə quruluq, işığa qarşı həssaslıq və qaşınma görülə bilər. Bu simptomları azaldmaq üçün qünəş eynəyi taxmaq və gündə 5-6 dəfə “süni göz yaşı” damcıları lazımdır. Gecə yattıqda gözlərə məlhəm tətbiq edilir və üstü bağlanır. Bu rejimə ən az 1 ay riayət ediniz.
Fəsadlardan nə deyə bilərsiniz?
Bəzi xəstələrdə (xüsusən başqa sağlamlıq problemləri olan və siqaret çekənlərdə) yarada iltihab, dəri soyulması, yara kənərlarının açılması və yavaş sağalma görülə bilər. Bu vəziyyətlər düzgün müalicə ilə zamanla ortadan qalxır. Bəzi xəstələrdə kəsik yerlərində şişkinlik, qırmızılıq və qaşıntı əmələ gəlir (kelloid yaxud hipertrofik çapıq formalaşır) Belə hallarda ələvə müalicə lazım olur. Nadirən alt göz qapaqlarının aşağı çəkilməsi görülür. Bu vəziyyət çox vaxt keçicidir və 3-6 aya özündən yox olur.
Başqa sualım var
Sizə hər zaman cavab verməyə hazıram. Mənə ilyas.akhundzada@gmail.com e-mailinə yazın yaxud aşağıdakə düyməyə basaraq sualınızı verin.