İlyas Axund-zadə
Plastik rekonstruktiv və estetik cərrah
Bakı şəhərində anadan olub.
İbtidai və orta təhsili müddətində ə'lacı şagird kimi hər il məktəbin diplomları və Az-SSR Maarif Nazirliyinin tə`rifnamələri ilə təltif edilib. Həmçinin 1993-cü ildə (9-cu sinif) biologiya fənni üzrə olimpiadanın Bakı şəhər turunda II-ci yeri qazanıb.
Ümumi təhsil ilə yanaşı 1985-1992ci illərdə Musiqi Məktəbində piano üzrə müvəffəqiyyətlə oxuyub.
10-cu sinifdən sonra təhsilini Nərimanov rayonu 291 sayli “Araz” ekoloji litseyində davam ettirib. Burda da istedadlı şagird olaraq 1994-cü ildə kimya fənni üzrə rayon olimpiadasında I-ci yeri qazanıb. 1995-ci ildə həmin litsey adından iştirak edərək biologiya və eyni zamanda kimya fənnləri üzrə Bakı şəhər olimpiadalarında I-ci yeri qazanıb. Müvəffəqiyyətlərini davamlı çalışkanlığı nəticəsində artırarak 1995-ci ildə kimya fənni üzrə Respublika olimpiadasında 1-ci yeri qazandi və həmən il Moskvada keçirilən Beynəlxalq XXIX-cu Mendeleyev Olimpiadasının iştirakcısı oldu.
Həyatını, istedadını və qabiliyyətini, pulmonoloq və torakal cərrah babası Axund-zadə İlyas Rəhmətulla oğlu kimi, yüksək ideallar, qayğı və çətinliklər dolu tibb peşəsinə həsr etməyə qərar verdi.
1995-ci ildə, Rus bölməsində ən yuksək test nəticələri əldə edərək N.Nərimanov adına Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil oldu.
Universitetdə oxuduğu zaman da bir çox elmi nailiyyətləri eldə etdi. Həmçinin, apardığı geniş elmi fəaliyyəti üçün 1999-ci ildə 97-ci yekün tələbə elmi cəmiyyəti konfransının sertifikatı, 1999-ci ilin ən yaxşı elmi tədqiqatçısı sertifikatı, 2000-ci ildə XXX-cu tələbə konfransının I-ci dərəcəli diplomu ilə təltif edilib.
2001-ci ildə Türkiyyədə keçirilən qeyri-səlist məntiq (fuzzy logic) üzrə professor Lütfi-zadəyə həsr olunmuş beynəlxalq konfransına yeganə tələbə iştirakçı olaraq qatılıb. “Tibbi diaqnostikada qeyri-səlist məntigin istifadəsi” adlı elmi işi kongres kitabında nəşr edildi. Bu, riyazi problemə aid “Qeyri-səlist məntiq nəzəriyyəsinin differensial diaqnostikada tədbiqi” adlı məqaləsi 2005-ci ildə Az.Resp.”Təhsil” cəmiyyətinin “Bilqi” dərqisinin “Texnika” jurnalında çap olunub.
2001-ci ildə Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib Şəhər Onkoloji Dispanserində internaturaya başladı. Müxtəlif cərrahi əməliyyatlar, qəzalar və anadan gəlmə qüsurlar nəticəsində əziyyət çekən xəstələrə yardım göstərmək, onlara ruhi sakitliyi qazandırmaq və ictimayı fəaliyyətə yenidən qaytarmaq kimi arzularla plastik cərrah olmağa qərar verdi.
Təhsil Nazirliyinin təqdimatı ilə, istedadlı tələbə olaraq 2001-ci ilden Turkiyənin Egey Universiteti Tibb Fakultəsinə doktorantura pilləsəndə təhsil almak üçün göndərildi. Çətinliklərlə dolu lakin maraqlı olan bu ihtisasa Plastik, Rekonstruktiv v Plastik Cərrahiyyə kafedrasında Estetik Cərrahiyyə kafedrasında başladı.
Bu dövrdə Universitetin Xəstəxanası divarlarında intensiv cərrahi praktika keçib. Planlı və təcili əməliyyatlar, stasionar xəstələrin aparılması, xəstələrin poliklinik qəbulunu müstyəqil sürətdə bilavasitə özü aparıb. Plastik Cərrahiyyə kafedrasında bu ixtisasın bütün incəliklərini, həmçinin estetik cərrahiyyə anadangəlmə qüsurların cərrahiyyəsi, kraniomaksillofasial (kəllə-üz-çənə) cərrahiyyə, dəri və dərialtı toxuması törəmələrinin cərrahi müalicəsi, yanıqlar və xroniki yaraların müalicəsi, əl cərrahiyəsi və mikrocərrahiyyənin sirlərini öyrəndi. Təhsilini təkmilləştirmək üçün Egey Universiteti Xəstəxanası nəznində neyrocərrhiyyə, otorinlaringologiya, travmatologiya, ümumi cərrahiyyə, təcili yardım, patologiya və digər kafedralarda rotasiyalar çərçivəsində səmərəli çalışıb.
Səmərəli və intensiv cərrahi fəaliyyati ilə birgə kafedrada aparılan seminar, məqalə müzakirələri və başqa elmi-nəzəri işlərdə iştirak edib. Həmçinin müxtəlif kurslara qatılıb və konfranslarda iştirak edib, həmçinin 2006-ci ildə heyvanlar üzərində eksperemental cərrahiyyə kursunu (Egey Universiteti), 2007-2008-ci ildə isə klassik homeopatiya (İzmir Klasik Homeopatlar Dərnəyi, Rita Kaya, Guthrun Thielman, Çiğdem Turgay) kursunu keçti.
2007-ci ildə 29-cu beynəlxalq Balkan Plastik Cərrahiyyə konfransında “Trombosit preparatlarının xronik yaraların müalicəsində istifadəsi” məqaləsi ilə,
2008-ci il 11-12 Mayda isə, Türkiyə-Azərbaycan birinci Plastik Cərrahiyyə Günlərində iştirak edib.
Tükiyədə olarkən konsertmeyster kimi bir neçə afişalı konsertləri olub (Ege Universiteti konsert salonu). İzmir Opera və Balet teatrının solisti Aşkın Metiner ilə bərabər Azərbaycan xalq mahnılarının təqdimatını aparıb.
2008-ci ildə Egey Universitetinin Plastik, Rekonstruktiv ve Estetik Cərrahiyyə Kafedrasını “ Random trombosit preparatlarının xronik yaraların sağalmasına olan təsirinin araşdırılması” mövzusu əsasında dissertasiyasını müdafiə edib. Tərkibində beş professor olan elmi şuranın praktiki, şifahi və yazılı imtahanından müvəffəqiyyətlə kəçərək uzmanliq dərəcəsini aldı, bir estetik klinikanı müstəqil şəkildə idarə etməyə, cərrahi əməliyyatları aparmağa haqq qazandı.
2009-cu ildə Azərbaycana qayıttı. Uzun illər Türkiyədə qazandığı geniş elmi-nəzəri və praktiki təcrübələri sayəsində vətənində ehtiyacı olan insanlara, xəstələrə müvəffəgiyyətlə müalicə aparır, həmçinin respublikada bu günə qədər bilinməyən mürəkkəb cərrahi əməliyyatları icra edir.
Hal-hazırda Mərkəzi Neftçilər Xəstəxanasının Otorinolaringologiya və Baş-Boyun Cərrahiyyəsi şöbəsində plastik cərrah olaraq fəaliyyət göstərməktədir.
2010 Sentyabr və 2011 İyul tarixlərində aparılan Avropa Plastik Rekonstruktiv və Estetik Cərrahiyyə Şurasının iki mərhələli imtahanından böyüq müvəffəgiyyətlə keçərək bu şuranın həqiqi üzvü adını qazandı və Azərbaycanda Avropa Plastik Rekonstruktiv və Estetik Cərrahiyyə Şurasının Üzvü olan ilk plastik cərrah oldu.